Hindistanlı qrossmeyster ən gənc dünya çempionu oldu - bakılı şahmatçının rekordunu qırdı

Hindistanlı qrossmeyster Qukeş Dommaracu şahmat üzrə 18-ci dünya çempionatının qalibi olub.

Presssport.az xəbər verir ki, Sinqapurda keçirilən yarışın həlledici görüşündə o, çinli məşhur şahmatçı Din Lirenə qalib gəlib. Dommaracu rəqibini 7,5:6,5 hesabı ilə məğlub edib. 

Yeni dünya çempionu ilə bağlı ən diqqətçəkən məqam isə onun cəmi 18 yaşının olmasıdı. Hindistanlı qrossmeysterin bu yaşda dünya birinciliyində qalib olması böyük müzakirələr səbəb olub. Həmçinin o, Liren kimj təcrübəli şahmatçını məğlub etməklə buna nail olduğu üçün diqqətləri üzərinə çəkə bilib. 

Onun final görüşündəki qələbəsi isə rəqibinin etdiyi böyük səhvdən sonra olub. Qukeş də bunu etiraf edib. Gənc qrossmeyster deyib ki, əvvəlcə rəqibinin səhvini anlamayıb: "Bunu görəndə isə xoşbəxt oldum. Həyatımın ən yaxşı anı idi”.  

Daha sonra o, xəyallarından danışıb: “7 yaşımdan şahmatla məşğulam və xəyalım bu anı görmək idi. İstənilən qrossmeyster bu anı yaşamaq istər. Amma həyat az adama belə şans verir. İndi isə xəyalımı yaşayıram. Çox möcüzələr var idi”. 

Onu da bildirək ki, Dommaracu ən gənc dünya çempionu adına da yiyələnib. İndiyə qədər bu rekord 1985-ci ildə dünya birinciliyinin qalibi olan Qarri Kasparova məxsus idi. Belə ki, Bakıda anadan olan erməni şahmatçı 22 yaşında qızıl medalı əldə edə bilmişdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC