“Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov Misli Premyer Liqasının 16-cı turunda baş tutan “Səbail”lə matçda Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.
Presssport.az xəbər verir ki, bu münasibətlə 17-ci turu çərçivəsində baş tutan “Sabah”la "Liv Bona Dea Arena"dakı oyundan əvvəl klub tərəfindən 31 yaşlı futbolçuya xatirə hədiyyəsi təqdim olunub.
Hədiyyəni “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Vüqar Abbasov təqdim edib.
Xatırladaq ki, Slavik bu yay Naxçıvan klubuna keçib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC