UEFA qadınlardan ibarət futbol komandalarının növbəti reytinq cədvəlini yeniləyib. Presssport.az xəbər verir ki, Azərbaycan siyahıda 1 komandayla məyus edici mövqedə qərarlaşıb.
Belə ki, reytinqdə yeganə təmsilçimiz olan "Neftçi"nin qadın komandası sonuncu - 121-ci yerdədi. “Ağ-qaralar” bu il ilk dəfə mübarizə apardığı Çempionlar Liqasının təsnifat mərhələsində “Sankt-Pölten” (Avstriya) və “Lançxuti”yə (Gürcüstan) uduzaraq mübarizəni erkən başa vurub.
Reytinqə isə "Barselona" başçılıq edir. Kataloniya təmsilçisinin aktivində 126,599 xal var. "Lion" 2-ci, "Çelsi" 3-cüdü.
İlk "10-luq" aşağıdakı kimidir:
1. “Barselona” (İspaniya) — 126,599 xal
2. “Lion” (Fransa) — 110,199 xal
3. “Çelsi” (İngiltərə) — 102,833 xal
4. “Bavariya” (Almaniya) — 88,266 xal
5. PSJ (Fransa) — 82,197 xal
6. "Volfsburq" (Almaniya) - 81,266 xal
7. "Arsenal" (İngiltərə) — 59,833 xal
8. "Real" (İspaniya) — 53,599 xal
9. "Mançester Siti" (İngiltərə) — 47,833 xal
10. "Yuventus" (İtaliya) — 46,600 xal
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC