Türkiyə Super Liqa klubu Toral Bayramovu bəyənib - transferinə cəhd edəcək

"Qarabağ"ın və millimizin müdafiəçisi Toral Bayramov karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Presssportaz xəbər verir ki, "Trabzonspor" 23 yaşlı futbolçunun xidmətində maraqlıdı. 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Belə ki, Qara dəniz təmsilçisinin sol cinah müdafiəçimizi canlı izlədiyi və onun performansını bəyəndiyi bildirilir. "Trabzonspor"un yanvarda Toralı transfer etmək üçün cəhd edəcəyi gözlənilir. Bu yerdə bildirək ki, gənc cinah oyunçusunun Ağdam klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, Bayramov bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC