Mikelsə 5 klubdan təklif var: "Artıq "Şamaxı"yla danışmışıq, bizə deyiblər ki, futbolçuya maneçilik törətməyəcəyik..."

“Leroyun gələcək taleyi ilə bağlı hal-hazırda danışıqlar gedir. Amma hələ tam razılaşdığımız hansısa bir klub yoxdu”.

Bu fikirləri Presssport.az-a açıqlamasında “Şamaxı”nın futbolçusu Leroy Mikelsin agenti Fuad Xəlilov deyib.

Bu yay ölkəmizə gələrək “Şamaxı”ya keçən, sonradan onun kapitanı olan adıçəkilən almaniyalı sol cinah yarımmüdafiəçisi iddialı klubların maraq dairəsinə düşüb. Bunu diqqətimizə çatdıran futbolçunun agenti şamaxılarla bu mövzuda artıq danışıqların olduğunu sözlərinə əlavə edib: “Şamaxı” rəhbərliyi də deyib ki, Mikelsə maneçilik törətməyəcəyik, təbii ki, təklif bizə də uyğun olsa. Bu halda onu buraxarıq. Keçəcəyi klub həm maddi, həm də idman planında ambisiyalı olmalıdı ki, Leroy təklifə “hə” desin. Belə baxanda, futbolunun hal-hazırda üzərində təzyiq də yoxdu. Allah qoysa, yaxın günlərdə, bu ilin axırınadək qərar veriləcək ki, o, “Şamaxı”da qalır, yaxud gedir".

Xəlilov müştərisinin 5 variantının olduğunu gizlətməyib: "Bunlardan 3-ü Premyer Liqamızın təmsilçiləri, 2-si əcnəbi klublardı. Xarici ölkələr Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridi. Onu yalan deyirəm ki, əcnəbilər Leroyu nə vaxt görüb bəyənib. Onu deyə bilərəm ki, rəsmi təmasa indi keçiblər".

Məlumdu ki, Leroyadək Misli Premyer Liqasının iştirakçıları arasında Mikels soyadı vardı. Bu, indi də "Sabah"da çıxış edən böyük qardaşı Coy-Lens Mikelsdi. Maraqlıdı ki, onlar yenidən komanda yoldaşı ola bilər? Agentlərini dinləyək: “Mikels qardaşlarının bunadək eyni klubda oynadıqları olub. Bu, Almaniyada çıxış etdikləri dövrə - Mönhenqladbaxt ”Borusssiya"sına təsadüf edib. Leroy qardaşıyla təbii ki, yenidən birgə oynamaq istəyər. Kim istəməz ki? Amma hərəsinin öz yolu, öz karyerası var".

Xatırladaq ki, 1995-ci il təvəllüdlü olan Leroy "Şamaxı"ya Səudiyyə Ərəbistanının "Al-Taraji" klubundan keçib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC