Azərbaycan Voleybol Federasiyasının (AVF) Bakıda məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.
Presssport.az xəbər verir ki, AVF-nin “1-ci dərəcə” məşqçi kursunda Bakı RVK-nın tərkibinə daxil olan şəhər və rayonlardan 15 məşqçi-müəllim iştirak edib.
Dərslər AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.
Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan verib. Hər iki imtahanı uğurla keçənlərə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub. Bu sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcək. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin "Level-1" seminarında iştirak etmək hüququ qazanacaq.
Xatırladaq ki, bundan əvvəl Qəbələ və Sumqayıtda da məşqçi kursları təşkil olunub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC