Azərbaycan idmançıları 2024-cü ildə Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1718 medal qazanıb.
Bu barədə Presssport.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bilidirilir ki, bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidi.
Mükafatların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medaldı.
Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edilib. Onu da bildirək ki, Gənclər və İdman Nazirliyi tərəfindən il ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda və 103 təlim-məşq toplanışında iştirakı təmin olunub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC