Türkiyəli mütəxəssis Fatih Terimin yeni klubu Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubu ilə imzaladığı müqavilənin detalları ortaya çıxıb.
Presssport.az xəbər verir ki, bu haqda İtaliya mediası məlumat yayıb.
Ərəb klubu Terimin transferini rəsmən elan etsə də, müqavilənin şərtlərini açıqlamayıb.
Məşhur "La Gazzetta dello Sport" nəşrinin yazdığına görə isə, 71 yaşlı türkiyəli mütəxəssis ilkin mərhələdə 6 aylıq müqavilə bağlayıb. Sənəd 1 illik uzadılmanın mümkünlüyünü də nəzərdə tutur.
Müqaviləyə əsasən, "İmperator" ləqəbli məşqçi ilk 6 ayda 1,6 milyon dollar maaş alacaq.
Xatıladaq ki, "Əl-Şabab" hazırda ölkə çempionatında 6-cı yeri tutur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC