“Qarabağ”ın futbolçusu Redon Cica Albaniyada daha bir klubun maraq dairəsinə düşüb.
Presssport.az xəbər verir ki, “Eqnatiya” 26 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.
Qış fasiləsinə 4-cü pillədə yollanan bu komanda heyətini gücləndirmək niyyətindədi ki, həmin futbolçulardan birinin məhz “Qarabağ”ın forvardının olduğu iddia edilir. Bu yerdə bildirək ki, ki, millimizin müdafiəçisi Zamiq Əliyev "Eqnatiya"da çıxış edir.
Daha əvvəl Albaniyanın digər təmsilçisi “Partizani”nin də Cicayla ilə maraqlandığı bildirilib.
Xatırladaq Redon “Qarabağ”a 2023-cü ilin yanvarında Albaniyanın “Tirana” klubundan keçib. Onun Ağdam təmsilçisi ilə 2026-cı il iyunun 30-na qədər müqaviləsi var.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC