Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya düşməsi nəticəsində ölən sərnişinlərdən olan Rəşad Əhmədov keçmiş futbolçunun qardaşıdı.
Presssport.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Rəşad, İmran Əhmədovun böyük qardaşıdı.
İmran 2003-05-ci illərdə Bakı “Ədliyyə”sinin heyətində Azərbaycan çempionatının güclülər dəstəsində 36 matç keçirib.
Əhmədovlar əslən əmircanlıdı. Rəşad Bakıda balıqçılıqla məşğul olurmuş və Qroznıya da bu işi davam etdirmək üçün müqavilə bağlamağa gedirmiş.
İmran onunla son telefon danışığını xatırlayıb: “Gecə zəng etdi ki, məni hava limanına apararsan? Sonra da dedi ki, özüm maşınla gedərəm, onsuz da gecə qayıdacam. Təyyarədə olanda danışmadıq”.
Onu da bildirək ki, ailəli olan Rəşadın iki övladı var.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC