Qapıçı Mehdi Cənnətov və müdafiəçi Murad Xaçayev "Sumqayıt”ın heyətində Misli Premyer Liqasının ilk 2 dövrəsində əvəz edilmədən meydanda olublar.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Cənnətov qış fasiləsinə qədər meydana çıxdığı 18 qarşılaşmanın 5-də qapısını toxunulmaz saxlamağı bacarıb.
Xaçayev isə cari mövsüm keçirdiyi 18 matçda əvəz olunmamaqla yanaşı, Misli Premyer Liqasında ardıcıl 64 oyunda 90 dəqiqə meydanda qalıb. Bu qarşılaşmaların 10-u 2022/23 mövsümünə, 36-sı isə ötən mövsümə təsadüf edir.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC