"Qarabağ"ın legioneri Qurban Qurbanov kimi xarakterli məşqçiyə heç vaxt rast gəlməyib: "Müstəsna insandı, onunla işləməkdən zövq alıram"

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa mətbuatına geniş müsahibəsində baş məşqçiləri Qurban Qurbanov haqda da danışıb.

Presssport.az  xəbər verir ki, “Przegląd Sportowy One” nəşrinə danışan 24 yaşlı polşalı futbolçu heç vaxt belə xarakterli məşqçiyə rast gəlmədiyini gizlətməyib: "O, ciddi bir şey olmadığı halda oyunçularla çox danışmır. Qurbanovla işləməkdən zövq alıram və onun yanaşması təsiredicidi. Hər matçda öz səviyyəmizə uyğun oynamağımızı istəyir. Bunu ötən mövsüm “Qarabağ”ın Avropa Liqasının 1/8 finalına yüksəlməsi və yalnız “Bayer”ə gərgin mübarizədə (2:2, 2:3) uduzması da təsdiqlədi. İndi azarkeşlərdən mesajlar alıram. Onlar narahat olmamağımı və “Qarabağ”ın Avropada həmişə belə oynadığını düşünməməyimi xahiş edir. Deyirlər, bu, sadəcə bir zəif mövsümdür. Bunu çox gözəl başa düşürəm. Çünki futbolçularımızın hansı səviyyədə olduğunu görürəm. Ümumiləşdirsək, onu deyə bilərəm ki, məşqçi Qurbanov müstəsna insandı. O, başqa klublarda uğurla işləyə bilərdi, amma burda rolu əsasdı”.

Koxalski Avroliqada komandası uğursuz çıxış edərkən, Qurbanovun buna münasibətindən də danışıb: “Oyunların fasilələri zamanı qıcıqlanırdı. Amma məğlubiyyətlərdən sonra onun qışqırmamasına təəccübləndim”.

Xatırladaq ki, "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində sona 2 tur qalmış cəmi 1 qələbə sayəsində 3 xalı var. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC