"Real"ın baş məşqçisi Karlo Ançelotti "Globe Soccer" mükafatını qazanıb.
Presssport.az xəbər verir ki, 65 yaşlı italiyalı mütəxəssis mükafata digər namizədlər Xabi Alonso ("Bayer"), Mikel Arteta ("Arsenal"), Luis de la Fuente (İspaniya yığması), Jan Pyero Qasperini ("Atalanta"), Xosep Qvardiola ("Mançester Siti") və Simone İndzagini ("İnter") qabaqlayaraq ilin ən yaxşı məşqçisi seçilib.
Xatırladaq ki, Ançelottinin çalışdırdığı "Real" bu il Çempionlar Liqası, La Liqa, Superkubok, İspaniya Superkuboku və Qitələrarası Kubokun qalibi olub. Hazırda Madrid təmsilçisi ölkə çempionatında 40 xalla 2-ci yerdədi.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC