"Sumqayıt" Vaqif Cavadovla bağlı qərar verdi - RƏSMİ

“Sumqayıt” Futbol Klubunda Müşahidə Şurasının növbəti iclası baş tutub.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda komandanın ötən ildə əldə etdiyi uğurlara toxunulub.

Daha sonra isə hal-hazırda müvəqqəti baş məşqçi funksiyasını icra edən Cavadovun işi qənaətbəxş hesab olunub və onunla daimi əsaslı müqavilə bağlanılması qərara alınıb. Belə ki, 36 yaşlı mütəxəssis qarşıdakı 2,5 il müddətində “Sumqayıt”ın baş məşqçisi təyin olunub.

Xatırladaq ki, Cavadov ikinci dövrədən sumqayıtlıları çalışdırır. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC