AFFA 1 komandanı çempionatdan kənarlaşdırıb - 3-nə texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi U-10 Liqasında çıxış edən Sumqayıtın "Odlar Yurdu" komandasını çempionatdan kənarlaşdırıb.

Presssport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Belə ki, komanda “Sumqayıt City” ilə matçda təyin olunan vaxtda meydanda olmayıb və bu səbəbdən texniki məğlubiyyət (0:3) alıb. Bu hal üçüncü dəfə təkrarlandığından "Odlar Yurdu" yarışdan kənarlaşdırılıb.

U-14 Liqasında çıxış edən "İmişli" "Şamaxı" ilə matçda meydana adı protokolda olmayan futbolçu buraxdığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

U-13 Liqasında Gəncə təmsilçiləri "Ruslan" və "Gəncəvi"nin qarşılaşması ikincilərin heyətində yetərsay olmadığından baş tutmayıb. Bu səbəbdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bu çempionatdakı “Hindarx” (Ağcabədi) –“Pambıqçı” (Bərdə) görüşündə də eyni hal yaşanıb. Bu dəfə “Pambıqçı” texniki məğlubiyyət alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC