AFFA İntizam Komitəsi “Turan Tovuz”u 3500 manat cərimələyib.
Presssport.az xəbər verir ki, bölgə təmsilçisi Misli Premyer Liqasının XXI turunda evdə "Səbail"lə oyunda (1:1) yaşananlara görə ziyana düşüb.
Sözügedən qarşılaşmada komandanın birbaşa qırmızı vərəqə alan futbolçusu Kauan Martins 1 matçlıq cəzalanıb, kluba 1000 manat cərimə tətbiq olunub.
İlk hissənin sonunda meydan sahiblərinin məşqçisi Ruslan Abışov hakimin qərarına etiraza görə qırmızı vərəqə görüb. 38 yaşlı mütəxəssisə 1-i şərti olmaqla 2 oyunluq cəza kəsilib, klub 1500 manat cərimələnib. Abışova 3 ay sınaq müddəti tətbiq edilib.
Tovuz təmsilçisi həmçinin azarkeşlərin referilərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi ucbatından əlavə 1000 manat ödəyəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC