Karateçilərimiz Avropa çempionatında iştirak edəcək

Azərbaycanın yeniyetmə və gənc karateçiləri Polşanın Byelsko-Byala şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Bu barədə Presssport.az-a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma yarışda 28 nəfərdən ibarət heyətlə, baş məşqçi Anar Allahverdiyev, məşqçilər Şahin Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.

Beynəlxalq dərəcəli referilər Cahangir Babayev və Rənad Əliyev turnirdə hakim qismində çıxış edəcək.

Onu da bildirək ki, fevralın 7-də start götürəcək Avropa çempionatı üç gün davam edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC