AFFA 4 kluba cəza kəsib

“Sabah”ın futbolçusu İqor Noqeyra Misli Premyer Liqasının XXI turunda “Kəpəz”lə oyunda qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb.

Presssport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Bakı klubu həmçinin 63-cü dəqiqədə 2-ci sarıdan sonra qırmızı vərəqə görən legionerə görə 500 manat cərimə ödəyəcək.

“Neftçi” – “Şamaxı” oyununda qonaqlar 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib. “Araz-Naxçıvan” isə “Sumqayıt”la oyunda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən eyni məbləğdə ziyana düşüb.

“Zirə – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə isə meydan sahibləri 800 manat cərimə olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC