Millimiz "Qarabağ"ı böyük hesabla məğlub edib

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi bu gün yoxlama oyunu keçirib.

Presssport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan İlham Yadullayevin komandası “Qarabağ”ın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun yığmamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Emil Usubov (67), Emil Həsənov (70) və Əhməd Vəliyev (85) vurub.

Xatırladaq ki, U-17 fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə keçiriləcək İnkişaf Kuboku turnirində iştirak edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC