"Sabah Chess Cup” rapid turnirinin qalibi müəyyənləşib

“Sabah” Şahmat Akademiyasının 1 yaşının tamam olması münasibətilə keçirilən "Sabah Chess Cup” rapid turnirinin qalibi müəyyənləşib.

Presssport.az Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətinə istinadən xəbər verir ki, maraqlı mübarizə şəraitində keçən turnirin qalibi Nicat Abasov olub.

Yarışda son ölkə çempionları Rauf Məmmədov, Günay Məmmədzadə, millinin üzvləri Gövhər Beydullayeva və Avropa çempionu Qədir Hüseynov kimi digər tanınmış şahmatçılar da mübarizə aparıb.

Turnirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov və “Sabah” Şahmat Akademiyasının rəhbərliyi iştirak edib.

Müxtəlif kateqoriyalarda fərqlənən şahmatçılara diplom və pul mükafatları verilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC