Taekvondoçularımız Niderlandda keçirilən yarışda daha 16 medal qazanıb

Azərbaycanın yeniyetmə taekvondoçuları Niderlandın Eyndhoven şəhərində keçirilən 52-ci açıq çempionatın 2-ci günündə 5 qızıl, 5 gümüş, 6 bürünc medal qazanıb.

Taekvondo Federasiyasından Presssport.az-a verilən məlumata görə, Sabir Məmmədli (33 kq), Rüqəyya Əliyeva (33 kq), Nicat Nadirov (41 kq), Yusif Nağızadə (57 kq) və Rəsul Cavadzadə (61 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Elmira Bayrak (41 kq), Musa Süleymanlı (37 kq), Əbil Mehralı (45 kq), Ədiş Cəlilov (49 kq), Gülnaz Abdullayeva (59 kq) gümüş, Mədinə Aslanlı (29 kq), Tapdıq Quluzadə (33 kq), Kənan Bayramlı (37 kq), Cavidan Heydərzadə (41 kq), Akif Əliyev (45 kq) və Saleh Heydərov (53 kq) isə bürünc medala yiyələnib.

Xatırladaq ki, yarışın ilk günündə Bəhruz Quluzadə (54 kq) və Eltac Qafarov (87 kq) 3-cü olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC