AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin növbəti iclasında üzv olaraq iştirak edib. 

Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında keçirilib.

Toplantı zamanı bir sıra məsələlər müzakirə olunub. Bunlar klubların lisenziyalaşdırılması üzrə UEFA tərəfindən Milli Assosiasiyalara dəstək fəaliyyətləri, klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi, UEFA Maliyyə Davamlılığı qaydaları haqqında yeniliklər,  UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər və Avropa klublarının maliyyə və investisiyalarına dair UEFA-nın hesabatıdır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC