Azərbaycanın yeniyetmə bədii gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində gümüş medal qazanıb.
Presssport.az xəbər verir ki, Azadə Atakişiyeva və Şəms Ağahüseynova komanda hesabında 2-ci yeri tutub.
Azərbaycan-1 komandası dörd çıxışın yekununda 100.000 xalla mükafatçılar sırasına düşüb. Qazaxıstan (100,700) 1-ci, Gürcüstan (94,950) 3-cü yeri tutub.
Bundan əlavə, 4 yeniyetmə gimnastımız finala vəsiqəni təmin edib. Azadə Atakişiyeva gürzlərlə hərəkətlərdə təsnifat mərhələsinin qalibi olubsa, Fidan Qurbanlı da bu yarışda ilk "8-liy"ə düşüb. Şəms Ağahüseynova lentlə təsnifatda 2-ci, Fidan Qurbanlı isə 4-cü yeri tutaraq finala yüksəlib.
Xatırladaq ki, beynəlxalq turnir bu gün başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC