Misli Premyer Liqasının XXVIII turu 2025-ci ilin ən məhsuldar turu olub.
Peşəkar Futbol Liqasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, 5 oyunda 18 qol vurulub.
“Sumqayıt” – “Sabah” (3:3) matçında 6, “Turan Tovuz” – “Qarabağ” (1:4) oyununda 5, “Zirə” – “Şamaxı” (3:0) görüşündə üç qol qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Səbail” (hər ikisi 1:1) qarşılaşmalarının hərəsində 2 top vurulub.
Turun orta məhsuldarlığı 3,60-a bərabərdi. Bu, cari mövsümün 2-ci göstəricisinin təkrarıdı. X turda da 18 qol qeydə alınıb.
Mövsümün rekordu isə 19 topun vurulduğu VIII tura məxsusdu. XXVIII tur mövsümün 3 ən məhsuldarlarından biri olmaqla yanaşı, 2025-ci ilin ən qollu turu olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC