Klub prezidenti qazandığı Azərbaycan Kubokunu onlar üçün çox əhəmiyyətl hesab edir: "Maraqlıdı ki, cari mövsümdə heç kim bizi ciddi qəbul etmirdi"

“Bu kubok bizim üçün çox böyük əhəmiyyətə malikdi. Fərqli emosiyalar yaşayırıq”.

Presssport.az xəbər verir ki, bunu NTD-nin prezidenti Bəhram Abdinov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Kubokunun finalında "Gəncə"ni məğlub etmələri (81:72) ilə bağlı fikirlərini bölüşərək, son üç ildə Azərbaycanda basketbol fərqli səviyyəyə çatdığını deyib: "Əvvəlki iki mövsümdə həm çempionatda, həm də kubokda son anda dayanırdıq. Buna görə də bu qələbə bizim üçün çox vacibdir. Maraqlı olan budur ki, cari mövsümdə heç kim bizi ciddi qəbul etmirdi".

Klub rəhbəri NTD-nin Azərbaycan Basketbol Liqasının A qrupunda sonuncu - 6-cı pillədə qərarlaşdığını xatırladıb: "Bəzən belə olur. Komandamızı yenidən qurduq, oyunlara yaxşı hazırlaşdıq və titulu qazandıq. Ən sevindirici odur ki, heyətimizdə 16 yaşlı yerli uşaqlar da oynadı. Murad Babayev nə yarımfinalda, nə də finalda oynadı. Onun yerinə çıxış edən gənc oyunçular qələbəmizə böyük töhfə verdil. Bu, məni çox sevindirir”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC