AFFA İcraiyyə Komitəsinin üzvü və “Sabah”ın prezidenti Maqsud Adıgözəlov legioner limitinin ləğvinin Azərbaycan futbolunun inkişafı üçün atılan addım olduğunu düşünür.
Presssport.az xəbər verir ki, o, bu barədə AFFA-nın Hesabat Konfransından sonra jurnalistlərə açıqlamasında deyib.
Adıgözəlov yeni mövsümdən etibarən Misli Premyer Liqasında legioner limitinin ləğv olunmasına münasibət bildirib: "Azərbaycan səviyyəsində "Sabah"ın futbol akademiyasını qənaətbəxş hesab etmək olar. Klubumuzun aşağı yaş qruplarından ibarət komandalarının və əvəzedici heyətin nəticələri göz qabağındadır. 7 il əvvəl bu işə qol qoyduq və demək olar ki, bəhrəsini görməyə başlamışıq. Həmin futbolçular bir-iki il sonra əsas komandaya cəlb olunacaqlar. Bu baxımdan legioner limitinin ləğvi "Sabah" klubu olaraq bizə ziyandır. Bunu klub prezidenti kimi deyirəm. AFFA İcraiyyə Komitəsində təmsil olunduğumu da bilirsiniz. Legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafı üçün atılan addımdı".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC