"Braqa"nın baş məşqçisi Artur Jorje "Qarabağ"la oyunlardan yenidən söz açıb.
Presssport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ölkə çempionatının 23-cü turunda "Boavişta" ilə matçdan sonra keçirilən mətbuat konfransında Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionuyla duelləri haqda sualı belə cavablandırıb: "Rəqibin keyfiyyətini nəzərə alsaq, onları keçə bilərdik. Bununla belə, düşünmürəm ki, klub tarixində avrokuboklarda ən pis oyunumuzu keçirdik. Bəli, son oyunlarda həddən artıq qol buraxırıq. Bunun üzərində işləyirik, fərdi və kollektiv səhvlərdən danışırıq. O qolların buraxılmasınasəhvlərim də səbəb ola bilər, rəqibin layiqli oyunu da".
Xatırladaq ki, "Qarabağ" "Braqa"nı ümumi hesabda 6:5 yenərək (səfərdə 4:2, evdə 2:3) mübarizədən kənarlaşdırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC