Rusiya yığmasının qapıçısı Matvey Safonov “Qarabağ”dakı həmkarı Andrey Lunyovla rəqabətdən danışıb.
Presssport.az xəbər verir ki, "Krasnodar"in yetirməsi olan 25 yaşlı qolkiper Andreydən soruşmaq istədikləri olduğunu deyib: “Andrey Lunyovla rəqabət? Onunla münasibətimiz yaxşıdı. Millidə görməkdən şad olacam. Lunyovdan avrokuboklarda oynamağın necə hiss olduğunu soruşmaq istəyərdim. Çünki onun Avropa Liqasında yaxşı performans göstərdiyini, ən yaxşı seçildiyini bilirəm”.
Lunyov millinin əsas qapıçısı olmaq üçün rəqabətə hazırdırmı? Safonun buna cavabı belə olub: “Baxaq, hər şey məşqdə görünəcək. Kim, necə hazırdı, görəcəyik. Qapıda kimin dayanacağına yəqin ki, toplanışda qərar veriləcək. Təkcə Andrey deyil, digər uşaqlar da oynamağa layiqdirlər”.
Xatırladaq ki, 33 yaşlı Lunyov “Qarabağ”dakı debüt mövsümündə ilk dəfə, ümumilikdə 6 illik fasilədən sonra milliyə çağırılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC