Tərlan Əhmədov 2023-cü ilin iyunundan bəri işsizdi. Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssisin adı ara-sıra bəzi klubların baş məşqçi postuna namizədlər sırasında hallansa da, ortada real heç nə yoxdu. Görəsən, ona müəyyən təkliflər varmı? Hansısa klublarla danışıq aparırmı? İşsiz günlərinə yaxınlarda son qoyula bilərmi?
Bu suallarla Tərlan bəyə müraciət etdik: "Heç bir yerdən təklif yoxdu. Nə ölkəmizdən, nə də hansısa xarici klubdan... Nə telefon zəngi var, nə də kimləsə işlə bağlı dialoq... Ümumiyyətlə, bu günə qədər belə bir şey olmayıb. Sadəcə, mətbuatda yazılar dərc edilib. Harda baş məşqçi postu boşdusa, adım hallandırılıb. Halbuki hansısa danışıqdan söhbət gedə bilməz. Xarici klublarda çalışmaq üçün bir neçə menecerə müraciət etmişik. Lakin hələ ki xəbər yoxdu. Özünə güvənən menecer varsa, bu məsələni həll etsin. Canla-başla gedib çalışaram. Ölkəmizdə ele menecer yoxdu ki, məşqçini xarici ölkəyə çıxara bilsin. Odu ki, sakitlikdi, durğunluqdu. Öz şansımı gözləyirəm. Nə vaxt olacaqsa, olacaq".
Qeyd edək ki, 53 yaşlı Əhmədov məşqçi karyerası ərzində "Neftçi", "Olimpik", "Keşlə" və "Kəpəz"də çalışıb ("Futbol+").
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC