"Neftçi"dən ayrıldı, Milli Paralimpiya Komitəsində təyinatı reallaşdı

Milli Paralimpiya Komitəsinə yeni mətbuat katibi təyin olunub.

Presssport.az xəbər verir ki, bu vəzifə Fərid Qarazadəyə həvalə edilib.

O, 2016-cı ildə ölkəmizdə tbşkil olunan UEFA U-17 Avropa çempionatının yerli Təşkilat Komitəsində çalışıb, UEFA AVRO-2020-nin Bakının ev sahibliyi etdiyi oyunların təşkilində media əməliyyatları üzrə direktor müavini olaraq fəaliyyət göstərib.

İdman mediası və idarəçiliyi ilə bağlı ölkə daxilində və xaricdə bir çox beynəlxalq yarışların təşkilində təcrübə keçib.

2022-ci ildən bu təyinatına qədər Qarazadə "Neftçi"nin Mətbuat və Marketinq Departamentində çalışıb.

 

 

 

 

 

Реклама


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC