“Krasnodar”ın baş məşqçi postunda dəyişiklik baş verəndən sonra mövsümboyu ön planda olmayan sabiq "Qarabağ"lı Kadi Borgesin gələcəyi taleyi də maraq doğurur.
Presssport.az xəbər verir ki, Ağdam klubunun heyətində parlaq çıxışı ilə tanınan 28 yaşlı braziliyalı yarımmüdafiəçinin Rusiya Premyer Liqa təmsilçisindən ayrılacağıyla bağlı söz-söhbət artıb.
Kadinin agenti Xelsio Alisk də bu məsələyə münasibət bildirməli olub: “Yox, İviç “Krasnodar”dan gedib deyə Kadi də getməyəcək”.
Bu yerdə bildirək ki, istefaya göndərilən serbiyalı Vladimri İviçi baş məşqçi postunda "Sabah"ın rusiyalı sabiq çalışdırıcısı Murad Musayev əvəzləyib.
Xatırladaq ki, Kadi cari mövsümdə 24 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC