Bolqarıstan milli komandasının futbolçusu Filip Krastev “FİFA series” mini-turniri layihəsində Azərbaycana qarşı keçirilmiş oyun haqda danışıb.
Presssport.az xəbər verir ki, milli komandamızın qapısına vurulmuş yeganə qolun müəllifi olan Niderland "Zvolle"sinin 22 yaşlı yarımmüdafiəçi nəticəni ədalətli sayır: "Azərbaycan bizə güclü təzyiq göstərməsi sayəsində hesabı bərabərləşdirdi. Bərabərsəviyyəli oyun getdi. Çox təəssüf ki, ikinci qolu vura bilmədik və matç xeyrimizə bitmədi. Azərbaycan millisi daha təravətli idi və bu, onların topla oynamaq tərzindən görünürdü. Əksər anlarda sanki daha yaxşı oynayırdılar. Daha çox səhv etdik və tələsdik”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC