Bolqarıstan millisinin qapıçısı Svetoslav Vutsov "FIFA series-Edition 2024" turnirində Azərbaycan yığmasıyla qarşılaımanı şərh edib.
Presssport.az xəbər verir ki, fasilədən dərhal sonra meydana çıxan qolkiper 1:1 hesabıyla başa çatan matçda
komandası üçün yaxşı və gərgin oyun olduğunu söyləyib: "1:0-dan sonra fərqi artırmaq imkanlarımız var idi, ancaq qol vura bilmədik. Oyunun sonlarında yorulduq, diqqətsizlik oldu.
Azərbaycan millisini təhlil etmişdik və təzyiq zamanı boşluqlar verdiklərini bilirdik. Filip Krastev onların çaşqınlığından istifadə etdi və gözəl qol vurdu.
Top bizdə olanda, hücuma çıxanda inamlı olmalıyıq. Azərbaycan kimi keyfiyyətli komandalara qarşı mübarizə apara biləcəyimizi göstərdik. Bu cür oyunlar bizim üçün faydalıdı".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC