"Neftçi"nin futbolçusu Freddi Varqasın qolu sosial şəbəkədə 22 milyondan çox baxış toplayıb

"Neftçi"nin futbolçusu Freddi Varqasın Misli Premyer Liqasında vurduğu qolun videosu sosial mediada 22 milyondan artıq baxış toplayıb.

 

Presssport.az-ın məlumatına görə, "ağ-qaralar"ın rəsmi instaqram səhifəsində yayımlanan postun izlənmə sayı hələ də artmaqda davam edir.

 

27 yaşlı cinah oyunçusunun həmin videosuna 800 mindən çox bəyənmə və 1300-dən artıq şərh yazılıb.

 

Qeyd edək ki, Venesueladan olan futbolçu Misli Premyer Liqasının XXX turda səfərdə "Karvan-Yevlax" üzərində 3:0 hesablı qələbə ilə başa çatan görüşdə komandasının sonuncu qolunu vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC