Şəhid övladları “Kəpəz”in kollektivi ilə görüşüb, klub rəhbəri diqqətdən danışıb: "Onlara sevgi və qayğı ilə yanaşmaq hamımızın borcudu"

8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladları ilə “Kəpəz” PFK-nın kollektivi arasında görüş keçirilib.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hörüşdə “Kəpəz”in rəhbərliyi, əsas komandanın məşqçi və futbolçu heyəti, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. 

Öncə şəhid ailələrinin övladları “Kəpəz” PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev və əsas komandanın baş məşqçisi Azər Məmmədovla birgə “sarı-göylər”in məşqini izləyib. Məşqə həvəslə baxan uşaqlar klub rəhbəri və çalışdırıcıya onları maraqlandıran sualları ünvanlayıb.
Məşq prosesinin sonunda meydançaya çıxan şəhid övladları “Kəpəz”in futbolçuları ilə görüşmək imkanı qazanıb. Abdullayev görüşün məqsədi barədə məlumat verərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında şanlı ordumuzun 2020-ci ildə tarixi zəfər qazandığını bildirib. O, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərməyin vacibliyini vurğulayıb: “Bildiyiniz kimi, “Kəpəz”in bütün ev oyunlarına şəhid övladlarını dəvət edirik, daima diqqətdə saxlayırıq. Onlara sevgi və qayğı ilə yanaşmaq hamımızın borcudu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin!”.
Məmmədov da görüş iştirakçılarına Zəfər Gününün əhəmiyyəti barədə danışıb: “Qeyrətli oğullarımızın şücaəti sayəsində işğal altında olan torpaqlarımızı geri qaytardıq. Şəhidlərimizin bizə əmanət qoyduqları övladları hər şeyin yaxşısına layiqdi”.
Sonda uşaqlara hədiyyələr bağışlanılıb, xatirə fotoları çəkdirilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC