Valverde üçün 100 milyon avroluq təklif

"Real"ın liderlərindən olan Federiko Valverde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 

Presssport.az xəbər verir ki, bu barədə "TEAMtalk" proqramında məlumat verilib.

 

"Liverpul" uruqvaylı yarımmüdafiəçini transfer etmək istəyir. Mersisayd təmsilçisi 28 yaşlı futbolçu üçün gələn yay La Liqa nəhənginə 100 milyon avroluq təklif göndərməyi planlaşdırır.

 

Qeyd edək ki, "Real" Federiko Valverdeni 2016-cı ilin yayında ölkəsinin "Penyarol" klubundan 5 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü cari mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC