“Sabah”ın yarımmüdafiəçisi Kristian Nvaçukvu Çempionlar Liqasının Liqa mərhələsində Norveçin “Vikinq” klubuna səfərdə 1:4 hesablı məğlubiyyəti şərh edib.
Presssport.az xəbər verir ki, nigeriyalı futbolçu oyundan sonra UEFA-nın mətbuat xidmətinə açıqlamasında belə üzücü nəticənin səbəbləri haqda danışıb: “Bizi asan oyun gözləmədiyini bilirdik və elə də oldu. Rəqib öz imkanlarından yararlandı. Bizim də qol vurmaq fürsətlərimiz var idi, amma onların hamısından istifadə edə bilmədik. Rəqib isə yaratdığı vəziyyətlərdən maksimum nəticə çıxardı. Müəyyən təcrübə qazandıq və bundan nəticə çıxarmalıyıq”.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC