“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova millisinə çağırılıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu UEFA Millətlər Liqasının C divizionunda noyabrın 13-də evdə Qazaxıstana, noyabrın 16-da isə səfərdə Farer adalarına qarşı oyunlarda forma geyinə bilər.
Moldova yığması hazırda 4 xalla qrupda 3-cü yerdə qərarlaşıb.
Onu da bildirək ki, Stina millisində keçirdiyi 34 oyunda 4 qol vurub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC