Avropa nəhəngləri portuqaliyalı hücumçu ilə maraqlanır

"Montsa"nın hücumçusu Qustavo Varela Avropanın bir neçə klubunun diqqət mərkəzinə düşüb.

 

Presssport.az xəbər verir ki, "Barselona", "Napoli", "Arsenal" ve "Yuventus" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

İtaliya klubu Varelanı satmağın əleyhinə deyil. Onlar 21 yaşlı forvardın satışından 25-20 milyon avro gəlir əldə etməyi planlaşdırırlar.

 

Qeyd edək ki, "Montsa" Qustavo Varelanı mövsümün əvvəlində "Benfika"dan 2,5 milyon avroya transfer edib. Portuqaliya U-21 millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC