"Vikinq"in kapitanı Zlatko Tripiç Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Sabah”ı Norveçdə 4:1 hesabıyla məğlub etdikləri matç haqda UEFA-ya danışıb.
Presssport.az xəbər verir ki, 34 yaşlı serbiyalı sol cinah yarımmüdafiəçisi uğurlu nəticəyə baxmayaraq, göstərdikləri oyundan tam razı qalmadığını gizlətməyib: "Ən yaxşı oyunumuzu sərgiləmədik. Həddindən artıq açıq oynadıq və hər dəfə hücuma keçəndə rəqibə əks-hücum imkanı verdik. Lakin bu komanda ilə və Avropada birlikdə əldə etdiyimiz nailiyyətlərlə son dərəcə fəxr edirəm".
Xatırladaq ki, Zlatko “Sabah”ın kapitanı da olan qapıçısı Stas Pokatilov penalti duelindən məğlub ayrılsa da, qayıdan topu tora qovuşdurmaqla komandasını görüşdə ilk dəfə hesabda irəli çıxarıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC