“Barselona”nın hücumçusu Lamin Yamal Çempionlar Liqasında yeni rekorda imza atıb.
Presssport.az xəbər verir ki, 19 yaşlı futbolçu “Aston Villa” ilə matçda (7-ci dəqiqə) fərqlənərək turnir tarixində 20 yaşadək futbolçular arasında ən çox qol vuran oyunçu olub.
Bu, Yamalın Çempionlar Liqasında 37 matçda vurduğu 14-cü qol olub. O, 20 yaşına qədər 13 dəfə fərqlənmiş Kilian Mbappenin rekordunu geridə qoyub.
Qeyd edək ki, Yamal turnirin tarixində start heyətində meydana çıxan ən gənc futbolçu, həmçinin bir oyunda qol və məhsuldar ötürmə edən ən gənc oyunçu rekordlarının da sahibidir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC