Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub.

 

Presssport.az xəbər verir ki, tədbir Azərbaycan Alpinizm Federasiyası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

 

Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqaya silsiləsində yerləşən və dəniz səviyyəsindən 3751 metr hündürlüyündə olan Heydər Əliyev zirvəsinə qalxıblar.

 

Yürüşdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və Azərbaycan Alpinizm Federasiyasının üzvləri iştirak ediblər.

 

Yürüşün əsas məqsədi Ulu Öndərin əziz xatirəsinin yad edilməsi, dağçılıq idmanının inkişafına töhfə verilməsi və sağlam həyat tərzinin təbliğidir. Tədbir iştirakçıları zirvədə Azərbaycan bayrağını dalğalandıraraq Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC