Kadidən yubiley qolu

“Qarabağ”ın futbolçusu Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb.

 

Presssport.az PFL-in saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Qəbələ” ilə səfər qarşılaşmasında (1:1) fərqlənib.

 

25-ci qoluna Misli Premyer Liqasının XXXI turunda sevinən cənubi amerikalı buna 76-cı oyununda nail olub.

 

Azərbaycanda yalnız “Qarabağ”ın formasını geyinən Kadi 2021/22 mövsümündə 12, 2022/23 mövsümündə 4, 2024/25 mövsümündə 6, cari çempionatda 3 dəfə rəqib qapısına yol tapıb.

 

Yarımmüdafiəçi turnirin tarixinə ən azı 25 qol vuran 132-ci oyunçu kimi düşüb. Kadi 25-ci qolunu 2025/26 mövsümündə vuran 4-cü futbolçudur. Onun komanda yoldaşı Toral Bayramov və “Araz-Naxçıvan”lılar Felipe Santosla Ülvi İsgəndərov da yubileyini mövsümün gedişində gerçəkləşdirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC