"Turan Tovuz"un futbolçusu Alexandro Serrano Premyer Liqada 100-cü matçını keçirib

Misli Premyer Liqasının XXXI turu "Turan Tovuz"un yarımmüdafiəçisi Alexandro Serrano üçün əlamətdar olub.

 

Presssport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib. Onun yubileyi "Karvan-Yevlax"la ev matçına (1:0) təsadüf edib.

 

Serrano bu qarşılaşmalarda 11 qola imza atıb. Premyer Liqada yalnız bir klubda çıxış edən futbolçu "Turan Tovuz"da 2023/24 mövsümündə debüt edib.

 

Serrano Premyer Liqada 100 və daha çox oyun keçirən ikinci ispaniyalıdır. Onadək yalnız "Qarabağ"ın sabiq futbolçusu Miçel buna nail olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC