Premyer Liqada cari mövsümün ikinci ən erkən qolunu Emin Mahmudov vurub

Misli Premyer Liqasında 2025/2026 mövsümünün ən erkən qollarından biri vurulub.

 

Presssport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, XXXI turun "Neftçi" – "Şamaxı" matçında (3:0) hesabı açan Emin Mahmudov 1-ci dəqiqədə fərqlənib.

 

Bu, mövsümdə ilk dəqiqəyə təsadüf edən ikinci qoldur. Hesabın belə erkən açılması ilk dəfə II turda qeydə alınıb. 2025-ci il avqustun 24-də Coy Lens Mikels 1-ci dəqiqədə topu rəqib qapısından keçirib. Emin kimi almaniyalı futbolçu da "Şamaxı" ilə görüşdə (2:1) fərqlənib.

 

 Çempionatın bombardiri səfər görüşündə buna nail olub.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC