"Zirə"nin futbolçusu Hacıağa Hacılı "Sabah"a qarşı matçda meydana çıxa bilməyəcək

"Zirə" Azərbaycan Kubokunun "Sabah" ilə final qarşılaşmasına Hacıağa Hacılının zədəsi səbəbindən itki ilə çıxacaq.

 

Presssport.az xəbər verir ki, bu barədə "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov sözügedən matçdan öncə baş tutan mətbuat konfransında məlumat verib.

 

O, futbolçunun bu günkü məşqdə əzələsini dartdıığını söyləyib:

 

"Futbolçu bu gün məşq zamanı zədə aldı. Düşünürəm ki, bu, bir az da Premyer Liqada "İmişli"yə qarşı keçirilən oyunla bağlı idi. Həmin vaxt Quba Olimpiya İdman Kompleksinin stadionu yaxşı vəziyyətdə deyildi. Futbolçular çox güc sərf edirdilər. Hacıağa bizim üçün önəmli futbolçudur. Sabahkı matçda start heyətində də olmasa, onu sonradan meydana buraxmağı düşünürdüm".

 

Qeyd edək ki, "Sabah" - "Zirə" görüşü mayın 13-də, saat 20:00-da "Palms Sports Arena"da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC