“Bizim üçün çox sevincli və əziz bir gündü. Bildiyiniz kimi, ”Turan"ımız milli çempionatının bürünc medalını və eyni zamanda ölkəmizi Avropada təmsil etmək hüququnu rəsmiləşdirdi. Bununla da hamımıza böyük sevinc gətirmiş oldu. Bu, həm bizim üçün ona görə əzizdi ki, belə bir əlamətdar gündə - 10 may Ulu Öndər Heydər Əliyevin doğum günündə baş verdi. Bu, bizə daha böyük bəxş etmiş oldu".
Bu fikiləri Presssport.az-ın Tovuza ezam olunmuş əmkdaşına açıqlamasında Tovuzun “Turan” klubunun yaradıcısı və ilk prezidenti Vidad Əhmədov deyib.
Onun 34 il əvvəl - 1992-ci ilin fevralın 14-də yaratdığı adıçəkilən klub bundan 2 il sonra Azərbaycan çempionu olaraq avrokubolarda ilk təmsilçimiz kimi tarixə düşdü.
Hazırkı “Turan Tovuz” isə tarixində ilk dəfə ölkəmizi avrokuboklarda təmsil etmək hüququ qazandı. Əhmədovdan doğma Tovuzunun 2 təmsilçisi müqayisə etməsini istədik: “Əlbəttə, müqayisə aparmaq çox çətindi. Ola bilsin ki, bugünkü “Turan” o vaxtkı “Turan”dan daha güclüdü, sadəcə, o vaxt vəziyyət başqa cür idi. Yəni, həmin dövrdəki komandalar o qədər güclü deyildi və “Turan” hamısından güclü idi deyək. Amma bugünkü gündə daha güclü klublar, komandalar var. Həm də o vaxt futbola indiki kimi diqqət, münasibət yox idi. Bugünkü gündə isə ölkə rəhbərliyi tərəfindən futbola tamam başqa münasibət, diqqət var. Bunların hamısını nəzərə alanda, demək olar ki, böyük qələbədi, böyük nailiyyətdi ”Turan"ın hazırkı nəticəsi".
Maraqlıdı, həmsöhbətimiz olan tanınmış iş adamı “Turan Tovuz”dan Avropada debüt mövsümündə nə gözləyir? “Onu demək çətin olar. Yəqin ki, rəhbərlik bu haqda fikirləşəcək. Heyətdə dəyişikliklərin olması mümkündü. Çalışacağıq ki, ”Turan" ölkəmizi Avropada lazımı səviyyədə təmsil etmiş olsun".
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC