Cəlal dubl edib "Arda"ya qələbə qazandırdı

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

 

Presssport.az xəbər verir ki, komanda 34-cü turda "Botev"in qonağı olub. 

 

Start heyətdə meydana çıxan və sona qədər oynayan Cəlal bu görüşdə dubl edərək komandasına qələbə qazandırıb. 2:1 hesabı ilə qalib gəldikləri səfər oyununda hər iki qolu Cəlal vurub. 23 yaşlı müdafiəçi 61 və 70-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. 

 

Cəlal Hüseynov matçın ən yaxşı oyunçusu seçilib.

 

Bu nəticədən sonra "Arda" 48 xalla 7-ci pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC