"Qəbələ" klubu Asif Məmmədova görə 10 min manat cərimələnib.
Presssport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Misli Premyer Liqasının XXXI turunun mayın 9-da keçirilən "Qəbələ" – "Qarabağ" matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə oyunçu 4 matç cəzalandırılıb, bölgə təmsilçisi isə 10 min manat cərimələnib.
Həmin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması klubu əlavə 2 500 manat, meydana kənar əşya atılması isə 2 000 manat ziyana salıb.
Mayın 10-da baş tutan "Neftçi" – "Şamaxı" oyununda 4 futbolçusu sarı vərəqə ilə xəbərdarlıq alan qonaq komanda 700 manat cərimə edilib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC