Aleksandr Ramalinqom Azərbaycan Premyer Liqasında 25-ci qolunu vurub

Misli Premyer Liqasının XXXII turunda vurduğu qol Aleksandr Ramalinqom üçün əlamətdar olub.

 

Presssport.az-ın Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, "Sumqayıt"ın futbolçusu turnirdə 25-ci dəfə fərqlənib.

 

O, "Zirə" ilə səfər qarşılaşmasında (1:2) qol sevinci yaşayıb.

 

Ramalinqom Premyer Liqada 25-ci qolunu 63-cü matçında vurub. O, iki komanda ilə buna nail olub. "Səbail"də 15 (35 oyun) dəfə fərqlənən fransalı futbolçu "Sumqayıt"da 10 (28 oyun) qola sevinib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC